XƏLİLOV Mirzəcan Mirzəmməd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 41 saylı Sumqayıt birinci seçki dairəsi
1954-cü il aprelin 19-da Sabirabad rayonunun Kovlar kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Çay qurğularının və su-elektrik stansiyalarının hidrotexniki tikintisi fakültəsini bitirmişdir. Əməkdar mühəndisdir. Rus dilini bilir. 1970-ci ildən Bakı şin zavodunda 5-ci dərəcəli çilingər, 1976-cı ildən fəhlə işləmişdir. 1977–1978-ci illərdə Muğan meliorasiya-sutikinti trestinin briqadiri, 1978–1997-ci illərdə «Azərkəndsutəchizattikinti» İstehsalat Birliyinin 20 nömrəli səyyar mexanikləşdirilmiş dəstəsinin briqadiri, ustası, iş icraçısısı, baş mühəndisi, rəisi vəzifələrində çalışmışdır. 1997–2003-cü illərdə Sabirabad rayonunda «Sutəchizattikinti» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, 2003–2015-ci illərdə «Azərsutəchizattikinti» ASC İdarə Heyətinin sədri olmuşdur. 2015-ci ildən «Azərsutəchizattikinti» ASC Müşahidə Şurasının sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Albaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bosniya və Herseqovina, Cənubi Afrika Respublikası, Çexiya, İsveçrə, Norveç parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 6 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU