MİRKİŞİLİ Tahir Famil oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 42 saylı Sumqayıt ikinci seçki dairəsi
1977-ci il iyunun 7-də Qubadlı rayonunun Həmzəli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. «Tərəqqi» medalı ilə təltif edilmişdir. İngilis, alman və rus dillərini bilir. 2000–2011-ci illərdə «Ultra Computers» MMC-də direktor, məsləhətçi, 2011–2015-ci illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, iqtisadiyyat və sənaye nazirinin müşaviri vəzifələrində çalışmışdır. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Almaniya Federativ Respublikası, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İndoneziya, İspaniya, İsveçrə, Kanada, Litva, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU