BABAYEV Muxtar Bahadur oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 43 saylı Sumqayıt üçüncü seçki dairəsi
1967-ci il oktyabrın 16-da Bakı şəhərində anadan olmuşdur. Moskva Dövlət Universitetinin Politologiya fakültəsini, Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələrin planlaşdırılması və təşkili fakültəsini və Ümumrusiya Xarici Ticarət Akademiyasının İqtisadiyyat fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1991-ci ildən Azərbaycan Respublikasının Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində aparıcı iqtisadçı, 1992-ci ildən Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində şöbə rəisinin müavini, şöbə rəisi işləmişdir. 1994-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsində şöbə rəisi, idarə rəisinin müavini, 2006-cı ildən Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəis müavini, rəisi, 2007-ci ildən Şirkətin vitse-prezidenti vəzifələrində çalışmışdır. 2010-cu ildə «Azərikimya» İstehsalat Birliyinin baş direktoru olmuşdur. Hazırda «Azərikimya» İstehsalat Birliyi Müşahidə Şurasının sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Çili, Çin, Əfqanıstan, İsveç, Litva, Liviya, Niderland, Özbəkistan, Peru, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Türkdilli Ölkələrin Parlament Assambleyasında və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin, Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU