MƏMMƏDOVA Şəfiqə Haşım qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 30 saylı Yevlax
1945-ci il martın 30-da Dərbənd şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyoru şöbəsini bitirmişdir. Azərbaycanın xalq artisti, SSRİ-nin və Azərbaycanın Dövlət mükafatları laureatı, professordur. Rus və ingilis dillərini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 12-də 30 №-li Yevlax seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU