KAZIMLI Xanhüseyn Hüseynağa oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 66 saylı Biləsuvar seçki dairəsi
1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. «Qızıl qələm» və Hacı Zeynalabdin Tağıyev mükafatları laureatıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 55-dən çox monoqrafiya və dərsliyin, 7 tədqiqat əsərinin, 350-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. Avrasiya Qiymətləndiriciləs Birlikləri Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədridir. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvüdür. Azərbaycan Respublikası Veteranlar Şurası İdarə Heyətinin üzvüdür. 1967-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri, prorektor vəzifələrində çalışmışdır. 1994–1998-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi, 1998–1999- cu illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri işləmişdir. 1998-ci ildə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd olmuşdur. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Qiymət və qiymətləndirmə kafedrasının müdiri, Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində itki və tələfatın qiymətləndirilməsi üzrə işçi qrupunun rəhbəridir. Azərbaycan Sosial Rifah Partiyasının sədridir. Birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Hesablayıcı komissiyasının üzvüdür. Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Cənubi Afrika Respublikası, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 5 övladı var.
Partiya mənsubiyyəti: Azərbaycan Sosial Rifah Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU