ABBASOV Aslan Məmməd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 32 saylı İkinci Kəpəz
1950-ci il martın 11-də Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun kimya texnologiyası fakültəsini bitirmişdir. Kimya elmləri namizədidir. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci il noyabrın 12-də 32 №-li İkinci Kəpəz seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları komissiyası sədrinin müavinidir. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU