ABBAS Aqil Məhəmməd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi
1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Bayat kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Əməkdar jurnalistdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Lenin komsomolu, «Araz», «Dan ulduzu», «Qızıl qələm», «Qızıl kəlmə» mükafatları laureatıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 20 kitabın və 1 filmin ssenari müəllifidir. Rus dilini bilir. 1976-cı ildən Ağsu şəhər internat məktəbində müəllim işləmişdir. 1977- ci ildən «Elm və həyat» jurnalının, 1987-ci ildən «Sovet kəndi» qəzetinin şöbə müdiri vəzifələrində çalışmışdır. 1990–2005-ci illərdə «Ədalət» qəzetinin baş redaktoru olmuşdur. 2005-ci ildən həmin qəzetin təsisçisidir. Bitərəfdir. Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Mədəniyyət komitəsinin üzvüdür. Albaniya, Meksika, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU