KƏRİMLİ Tahir Zayıdağa oğlu
Dairə: 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi
1956-cı il martın 5-də Ağsu şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1977-ci ildən Ağsu şəhərindəki 1 saylı orta məktəbdə təsərrüfat müdiri işləmiş, 1979–1982-ci illərdə Ağsu Aqrar İstehsalat Birliyində fəhlə, hüquqşünas, hüquq məsləhətçisi, Hüquq bürosunun rəisi, 1982–1986-cı illərdə Ağsu Xalq Məhkəməsinin iclas katibi və hakimi əvəzi, 1987–1992-ci illərdə İsmayıllı rayonunun xalq hakimi vəzifələrində çalışmışdır. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, 1993–1998-ci illərdə Bakı və Kəndlər Birliyi Hüquq şöbəsinin müdiri olmuşdur.
Vəhdət Partiyasının sədridir.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, İnsan hüquqları komitəsinin üzvüdür. Almaniya Federativ Respublikası, Braziliya, Çin, Qətər, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 4 övladı var
Partiya mənsubiyyəti: Vəhdət Partiyası