HÜSEYNOV Vüsal Afqan oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 91 saylı Ucar seçki dairəsi
1980-ci il yanvarın 12-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Beynəlxalq iqtisadi münasibətlər fakültələrini, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Harvard Universitetində (ABŞ) dövlət idarəetməsi üzrə magistr təhsili almışdır. Rus və ingilis dillərini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının üzvüdür. 2005–2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində və digər ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2006–2010-cu illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının Katibliyində aparıcı məsləhətçi, böyük məsləhətçi işləmiş, 2011–2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi, böyük məsləhətçisi, 2012–2015-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının katibi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Çexiya, Gürcüstan, İspaniya, İtaliya, Makedoniya, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU