ASLANOV Mahir Məhəmmədəli oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 96 saylı Goranboy-Naftalan seçki dairəsi
1949-cu il noyabrın 22-də Naftalan şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini bitirmişdir. Rus dilini bilir. 1971-ci ildən Xabarovsk Vilayətinin Teploozyorski sement zavodunda mexanik işləmişdir. 1973–1978-ci illərdə «Aztransqaz» İstehsalat Birliyində mühəndis, böyük mühəndis, Avtomobil təsərrüfatının müdiri, 1978–1992-ci illərdə Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyində təhlükəsizlik texnikası üzrə mühəndis, böyük mühəndis, Şəhərlərarası sərnişindaşıma avtobus parkında baş mühəndis, Şəhərlərarası sərnişindaşıma avtokombinatında aparıcı mühəndis, baş mühəndisin müavini, baş mühəndis işləmişdir. 1992-ci ildən «Azəravtonəqliyyat» Dövlət Konserninin aparıcı mühəndisi, 1993-cü ildən «Azazmoimport» firmasının direktoru vəzifələrində çalışmışdır. 1995-ci ildən «Kəpəz» firmasının direktorudur. Bitərəfdir. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Aqrar siyasət komitəsinin üzvüdür. Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belçika, Bolqarıstan, Əfqanıstan, Finlandiya, Gürcüstan, Monteneqro, Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU