HACIYEV Asəf Hacı oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1951-ci il mayın 29-da Gəncə şəhərində anadan olmuşdur. Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Fizikariyaziyyat elmləri doktoru, professordur. Rus və ingilis dillərini bilir. Bitərəfdir. 1996-cı il fevralın 4-də 34 №-li İkinci Nizami seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU