AĞAYEVA Ülviyyə Cavanşir qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 106 saylı Tovuz-Qazax- Ağstafa
1978-ci il sentyabrın 18-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. 10 monoqrafiyanın və broşürün, 100-dən çox elmi-publisistik məqalənin müəllifidir. Ümumdünya Sülh Federasiyası tərəfindən Sülh səfiri adına layiq görülmüşdür. Rus və ingilis dillərini bilir. 1999–2000-ci illərdə Azercell Telekom Birgə Müəssisəsinin mütəxəssisi, 2005–2008-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin müəllimi olmuş, 2008–2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 2015-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisidir. Bitərəfdir. Milli Məclisin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin üzvüdür. Avstriya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, İspaniya, İsveçrə, İtaliya, Qazaxıstan, Latviya, Mərakeş, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsi həmsədrinin müavinidir. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU