RZAYEV Yaşar Hüccətulla oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 35 saylı Lənkəran şəhər
1941-ci il aprelin 7-də Lənkəran şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci il noyabrın 12-də 35 №-li Lənkəran şəhər seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komissiyasının üzvüdür. Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU