KƏRİMLİ Azər Şəmşid oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 112 saylı Qax
1964-cü il iyulun 6-da Bakı şəhərində anadan olmuşdur. Moskva Yüngül Sənaye Texnologiya İnstitutunun Dəri məmulatının texnologiyası fakültəsini bitirmişdir. Rus, ingilis və italyan dillərini bilir. 1989-cu ildə Bakı model ayaqqabılar fabrikində dispetçer işləmiş, 1992–1999-cu illərdə Moskva vilayətində «Fəxri» məhdud məsuliyyətli müəssisəsinin direktoru, 1999–2000-ci illərdə «Qamma», «Lotos» şirkətlərinin prezidenti vəzifəsində çalışmışdır. Bitərəfdir. İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Belçika, Estoniya, İspaniya, Peru, Portuqaliya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU