RƏCƏBOV Hadi Musa oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 36 saylı Lənkəran kənd
1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Veravul kəndində anadan olmuşdur. Ümumittifaq Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Rus dilini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 12-də 36 №-li Lənkəran kənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət komissiyasının sədridir. Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU