ƏLİYEV Bəxtiyar Həmzə oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 118 saylı Ağdam şəhər
1961-ci il martın 20-də Ağdam rayonunun Papravənd kəndində anadan olmuşdur. Moskva Dövlət Universitetinin Psixologiya fakültəsini bitirmişdir. Psixologiya elmləri doktoru, fəlsəfə üzrə fəlsəfə doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvüdür. 6 monoqrafiyanın, 13 kitabın və 185 elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının üzvüdür. 1983–1997-ci illərdə Azərbaycan Dövlət Universitetində baş laborant, müəllim, baş müəllim, dekan müavini, dosent vəzifələrində çalışmışdır. 1997-ci ildən Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiridir. «Eksperimental psixologiya» elmi tədqiqat laboratoriyasının elmi rəhbəridir. Bitərəfdir. İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Ekvador, İrlandiya, İsrail, İsveçrə, Uruqvay, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU