SADIQOV Bəxtiyar Yusif oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 119 saylı Ağdam kənd
1951-ci il yanvarın 10-da Ağdam şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Qarabağ müharibəsi veteranıdır. Əməkdar jurnalistdir. İki dəfə «Qızılqələm» mükafatı laureatıdır. 4 kitabın müəllifidir. Rus dilini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının və Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvüdür. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. 1975-ci ildən «Abşeron» qəzetinin korrektoru müxbiri, şöbə müdiri,redaktor müavini, 1987-ci ildən «Kommunist» qəzetinin baş müxbiri, şöbə müdiri, 1990-cı ildən «Həyat» qəzetinin bölgə müxbiri, 1992-ci ildən «Azərbaycan» qəzetinin müxbiri, şöbə müdiri vəzifələrində çalışmışdır. 2002-ci ildən «Azərbaycan» qəzetinin baş redaktorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Azərbaycan Ekvador parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İspaniya, Qazaxıstan, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU