ABBASZADƏ Mahir Tapdıq oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 121 saylı Laçın seçki dairəsi
1975-ci il oktyabrın 27-də Laçın rayonunun Vağazin kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin İqtisadi nəzəriyyə fakültəsini bitirmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Rus və ingilis dillərini bilir. 1997–2001-ci illərdə Güzdək Tikinti Materialları Kombinatı Kadrlar şöbəsinin rəisi, 2001–2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankı Sumqayıt filialının mütəxəssisi, 2003–2015-ci illərdə «Zaminbank» ASC-nin Gənclik filialının xəzinə müdiri, mühasibi, müdiri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Gənclər və idman komitəsinin üzvüdür. Avstraliya və Yeni Zelandiya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Braziliya, İsveçrə, Qazaxıstan, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU