ƏLƏKBƏROV Nizami Həsən oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 37 saylı Mingəçevir
1952-ci il iyunun 2-də Tovuz şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisadiyyat fakültəsini və Ümumittifaq Qiyabi Hüquq İnstitutunun hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 12-də 37 №-li Mingəçevir seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU