TALIBOV Vasif Yusif oğlu

Dairə: 1 saylı Şərur- Sədərək

1960-cı il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. «Şöhrət» və «Şərəf» ordenləri ilə təltif edilmişdir.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
1981–1982-ci illərdə Şərur rayonunun Dəmirçi kənd orta məktəbində müəllim, Naxçıvan trikotaj fabrikində kadrlar üzrə təlimatçı işləmişdir. 1982–1983-cü illərdə hərbi xidmət keçmişdir. 1983–1991-ci illərdə Naxçıvan trikotaj fabrikində xüsusi şöbənin rəisi olmuşdur. 1991-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ildən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini, 19952022-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifələrində çalışmışdır.

Birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Köməkçi: Məftunə Ağayeva
Telefon: +99460 566-19-96
E-mail: 1sayli_sd@meclis.gov.az

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU