SADIQOV Fikrət Məmməd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 38 saylı Birinci Sumqayıt
1940-cı il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Texnika elmləri doktorudur. Azərbaycanın əməkdar mühəndisi, Dövlət mükafatı laureatı, Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Şərq Neft Akademiyasının akademiki, Beynəlxalq Ekologiya-Energetika Akademiyasının üzvüdür. Rus dilini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 12-də 38 №-li Birinci Sumqayıt seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvüdür. 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU