MÖHBALIYEV Səttar Suliddin oğlu

Dairə: 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi

1955-ci il oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Qıvraq kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Mühasibat uçotu fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. «Şöhrət» ordeni və «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalına və «Parlament» medalına layiq görülmüşdür. Mahmud Kaşqari beynəlxalq mükafatı laureatıdır. Rusiya Sosial Elmlər Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. Bir sıra kitabların müəllifidir. Rus dilini bilir.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının və Panavropa Regional Şurasının vitse-prezidentidir.
1973-cü ildən Bakı şəhərində dəmir-beton məmulatı zavodunda qəlibçi işləmişdir. 1976–1980-ci illərdə Bakı İstehsalat Tikiş Birliyində fəhlə, əmtəəşünas, mühəndis-iqtisadçı, baş mühasibin müavini, 1980–1991-ci illərdə Avtonəqliyyat və Şose Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müfəttiş-təlimatçısı, şöbə müdiri, 1991–2010-cu illərdə isə sədri vəzifələrində çalışmışdır. 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, 2010-cu ildən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir.
Bitərəfdir.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Əmək və sosial siyasət, Regional məsələlər komitələrinin, İntizam komissiyasının üzvüdür. Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Qətər, Mərakeş, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var

Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU