İBRAHİMOV Eldar Rza oğlu

Dairə: 4 saylı Naxçıvan şəhər seçki dairəsi

1945-ci il martın 12-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. İqtisad elmləri doktoru, professordur. 7 kitabın və 27 elmi məqalənin müəllifidir. «Şöhrət» və «Şərəf» ordenləri ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir.
Azərbaycan–Özbəkistan Dostluq Cəmiyyətinin sədridir.
1961-ci ildən Naxçıvanda tikinti idarəsində, toxuculuq kombinatında, avtotəmir zavodunda fəhlə, çilingər, mexanik işləmişdir. 1966-cı ildən Texnika Birliyi sistemində böyük mühəndis, baş mühəndis, 1980-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı olmuşdur. 1982–1991-ci illərdə Naxçıvan Dövlət Texnika Birliyinin sədri, Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini, 1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini – Dövlət Aqrar-Sənaye Komitəsinin sədri və Vilayət Partiya Komitəsinin büro üzvü, 1991-ci ildən Standartlar və Metrologiya Mərkəzinin direktoru, 1993–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini – Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
On birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, İntizam komissiyasının sədridir. Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Çin, İran, İtaliya, Moldova, Pakistan, Serbiya, Sloveniya, Türkiyə, Türkmənistan, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Evlidir, 2 övladı var

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Üzv olduğu komitə və komissiyalar:
Aqrar siyasət komitəsi
Üzv olduğu Beynəlxalq təşkilatlar:
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU