NOVRUZOV Siyavuş Dünyamalı oğlu

Dairə: 5 saylı Şahbuz-Babək seçki dairəsi

1969-cu il fevralın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. Əfqanıstan və Qarabağ müharibələri veteranıdır. 1-ci dərəcəli «Vətənə xidmətə görə» və «Şöhrət» ordenləri ilə təltif edilmişdir. 3 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir.
1990-cı ildən «Əlincə» Xeyriyyə Cəmiyyətinin şöbə rəisi, məsul katibi işləmişdir. 1994–1996-cı illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının işlər müdiri, 1996–1999-cu illərdə Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmış, 1995–2005-ci illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Regional məsələlər komitəsinin sədridir. AzərbaycanÇin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Bolqarıstan, İtaliya, Latviya, Mərakeş parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU