QAFAROV Kamaləddin Nəsrəddin oğlu

Dairə: 9 saylı Binəqədi ikinci seçki dairəsi

1976-cı il sentyabrın 7-də Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirmişdir. Rus dilini bilir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Səhiyyə komitəsinin üzvüdür. Avstraliya və Yeni Zelandiya, Braziliya, Gürcüstan, Latviya, Lüksemburq, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə, Vyetnam parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 4 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU