MUSAYEV Madər Əliəsgər oğlu

Dairə: 10 saylı Binəqədi üçüncü seçki dairəsi

1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olmuşdur. Moskva Kooperativ İnstitutu Bakı filialının Sənaye əmtəəşünaslığı və ticarətin təş¬kili fakültəsini bitirmişdir. «Şöhrət» və «Şərəf» ordenləri ilə təltif edilmişdir. Rus dilini bilir.
1964-cü ildən Bakı şəhərində ticarət idarəsində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı, direktor işləmişdir. 1986–1995-ci illərdə «Bahar» ticarət mərkəzinin müdiri vəzifəsində çalışmışdır.
Bitərəfdir.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, İnti¬zam komissiyasının üzvüdür. Gürcüstan, İran, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var

Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU