AĞAMALIYEV Fəzail Rəhim oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 39 saylı İkinci Sumqayıt
1947-ci il avqustun 26-da Ermənistan Respublikası Sisian rayonunun Qızıl Şəfəq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.Tarix elmləri namizədi, dosentdir. Rus dilini bilir. Ana Vətən Partiyasının sədridir. 1996-cı il fevralın 4-də 39 №-li İkinci Sumqayıt seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Yerli özünüidarə məsələləri komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Ana Vətən Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU