XASAYEVA Səbinə Səməd qızı

Dairə: 12 saylı Qaradağ-Binəqədi- Yasamal seçki dairəsi

1993-cü il martın 30-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Skandinaviyaşünaslıq ixtisası üzrə bakalavr pilləsini və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biznesin idarə edilməsi fakültəsinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr pilləsini bitirmişdir. İngilis və Norveç dillərini bilir.
2015–2019-cu illərdə Lökbatan bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvüdür.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Lüksemburq, Norveç, Paraqvay, Uruqvay parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. 
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU