ALLAHVERDİYEV Elnur Marat oğlu
1978-ci il aprelin 21-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1999–2000-ci illərdə hərbi xidmət keçmiş, 2001–2020-ci illərdə «ABCTelecom» MMC-nin baş direktoru vəzifəsində çalışmışdır. 2014–2019-cu illərdə Sloveniya Respublikasının Azərbaycan Respublikasında fəxri konsulu, 2017–2020-ci illərdə Heydər Əliyev Mərkəzi direktorunun müşaviri olmuşdur. 2018-ci ildən «Azercell» Şirkəti Müşahidə Şurasının sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Gənclər və idman komitəsinin, Hesablayıcı komissiyasının üzvüdür. Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Belçika, Fransa, İsveçrə, İtaliya, Litva, Sloveniya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Evlidir, 3 övladı var.
Hesablayıcı komissiya
Gənclər və idman komitəsi
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyası
İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası
Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Rüstəm Qaraxanlı