ALLAHVERDİYEV Elnur Marat oğlu

Dairə: 17 saylı Yasamal üçüncü seçki dairəsi

1978-ci il aprelin 21-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1999–2000-ci illərdə hərbi xidmət keçmiş, 2001–2020-ci illərdə «ABCTelecom» MMC-nin baş direktoru vəzifəsində çalışmışdır. 2014–2019-cu illərdə Sloveniya Respublikasının Azərbaycan Respublikasında fəxri konsulu, 2017–2020-ci illərdə Heydər Əliyev Mərkəzi direktorunun müşaviri olmuşdur. 2018-ci ildən «Azercell» Şirkəti Müşahidə Şurasının sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Gənclər və idman komitəsinin, Hesablayıcı komissiyasının üzvüdür. Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Belçika, Fransa, İsveçrə, İtaliya, Latviya, Litva, Serbiya, Sloveniya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür. 
Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Üzv olduğu komitə və komissiyalar:
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi
Hesablayıcı komissiya
Gənclər və idman komitəsi
Üzv olduğu Beynəlxalq təşkilatlar:
Parlamentlərarası İttifaq
Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyası
İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası
Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyası
Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının parlamentlərarası əməkdaşlıq komissiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU