MÜTƏLLİMOV Mətləb Əzizulla oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 40 saylı Üçüncü Sumqayıt
1949-cu il mayın 20-də Yardımlı rayonunun Horavar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 26-da 40 №-li Üçüncü Sumqayıt seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU