NURULLAYEVA Könül Oruc qızı
1985-ci il dekabrın 1-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrini bitirmişdir. Hazırda İsveçrənin Biznes Universitetində MBA proqramı üzrə təhsil alır. İngilis və rus dillərini bilir.
2005-ci ildən «İrəli» Ümumrespublika Gənclər Hərəkatının Məşvərət Şurasının üzvü, Hərəkatın Yenidən formalaşma üzrə Təşkilat komitəsinin sədri, 2007-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi, 2009-cu ildən Beynəlxalq əlaqələr idarəsinin rəisi olmuşdur. 2011–2015-ci illərdə «Bakı-2020» Olimpiya Oyunlarına namizədlik komitəsinin icraçı direktoru, «Bakı-2017» İslam Həmrəyliyi Oyunlarına namizədlik komitəsinin icraçı direktoru, «Bakı-2015» Avropa Oyunlarının Əməliyyat komitəsinin xüsusi məsləhətçisi, Direktorlar Şurasının üzvü, 2015-ci ildən «Bakı-2017» İslam Həmrəyliyi Oyunları Təşkilat komitəsinin katibi, Əməliyyat komitəsinin MOK-la əlaqələr idarəsinin müdiri, 2013–2017-ci illərdə Avropa Olimpiya Komitəsinin İdmanda gender bərabərliyi komitəsinin üzvü, 2017–2019-cu illərdə Gənclər və İdman Nazirliyinin nəzdində Tədbir Əməliyyat Komitəsi baş direktorunun müavini vəzifələrində çalışmışdır. 2013-cü ildən İslam Həmrəyliyi İdman Federasiyası İcraiyyə Komitəsinin üzvü, 2017-ci ildən 5-ci İslam Həmrəyliyi Oyunlarının Əlaqələndirmə komitəsinin üzvü, 2018-ci ildən İslam Həmrəyliyi İdman Federasiyasının Qadın və idman komitəsinin rəhbəridir.
«Vankuver-2010» Qış Olimpiya Oyunlarında və «Soçi-2014» Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətlərinin rəhbəri, «London-2012» Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olmuşdur.
Bitərəfdir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Gənclər və idman komitəsinin üzvüdür. Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, İsveçrə, İtaliya, Səudiyyə Ərəbistanı, Serbiya, Türkiyə, Yaponiya, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 1 övladı var
Gənclər və idman komitəsi
İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Nigeriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Sabit Mahmudov