VƏLİYEVA Sədaqət Süleyman qızı
1954-cü il dekabrın 23-də Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvüdür.
1976-cı ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Döş Qəfəsi Cərrahiyyəsi Klinikasında tibb bacısı, 1978-ci ildən 4 saylı Şəhər Klinik Xəstəxanasında həkim-interna işləmişdir. 1980-ci ildən 6 saylı Vərəm Xəstəxanasının həkimi, 1984-cü ildən baş həkimi, 1995-ci ildən Suraxanı Rayon Səhiyyə Şöbəsinin müdiri, 1996-cı ildən 1 saylı Vərəm Əleyhinə Dispanserin həkimi, 1997-ci ildən 6 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi, 2002-ci ildən Sabunçu Rayon Səhiyyə Şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2006-cı ildən 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimidir.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədridir.
Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Səhiyyə komitəsinin, Ailə, qadın və uşaq məsələləri komitəsinin, Hesablayıcı komissiyasının üzvüdür. Avstriya, Böyük Britaniya, Çexiya, Hindistan, Koreya, Qırğızıstan, Liviya, Serbiya, Slovakiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 1 övladı var.
Hesablayıcı komissiya
Ailə, qadın və uşaq məsələləri komitəsi
Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Liviya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Livan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Xətai Salmanov