MUSTAFA Fazil Qəzənfər oğlu

Dairə: 26 saylı Sabunçu birinci seçki dairəsi

1965-ci il oktyabrın 19-da Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Fəlsəfə üzrə fəlsəfə doktorudur. 1 monoqrafiyanın, 24 kitabın və onlarca elmi məqalənin müəllifidir. İngilis və rus dillərini bilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvüdür.
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidentidir. Azərbaycan Hüquqşü¬naslar Konfederasiyası İdarə Heyətinin üzvüdür.
1984–1986-cı illərdə hərbi xidmət keçmiş, 1986–1991-ci illərdə ali məktəbdə təhsil almışdır. 1991-ci ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin köməkçisi, müşaviri, AXC Analitik Mərkəzinin rəhbəri, 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Apa¬ratının Dövlət-hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1995–1998-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin Türkiyə Cümhuriyyətində özəl təmsilçisi, 1998–2001-ci illərdə AXCP sədrinin müavini olmuşdur. 2001–2003-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində motoatıcı taqım komandiri kimi xidmət etmişdir.
Böyük Quruluş Partiyasının sədridir.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, İnsan hüquqları komitəsinin üzvüdür. Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belçika, Braziliya, İordaniya, İran, Kolumbiya, Latviya, Malayziya, Malta, Rumıniya, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Türkdilli Ölkələrin Parlament Assambleyasında və Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
Evlidir, 2 övladı var

Partiya mənsubiyyəti: Böyük Quruluş Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU