SALAHZADƏ Əliabbas Qalib oğlu
1979-cu il yanvarın 22-də Bakı şəhərinin Bilgəh qəsəbəsində anadan olmuşdur. Azərbaycan Beynəlxalq Universitetində təhsil almış, Azərbaycan Milli Aviasiya Akademiyasının Beynəlxalq hüquq fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. 1-ci dərəcə dövlət qulluqçusudur. Yerli özünüidarə məsələlərinə dair bir sıra məqalələrin müəllifidir. İngilis və rus dillərini bilir.
2000-ci ildən Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsi bələdiyyəsinin sədri vəzifəsində çalışmış, hərbi xidmət keçmiş, 2006–2020-ci illərdə Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının Təhsil, səhiyyə və mədəniyyət şöbəsinin, daha sonra İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Albaniya, Argentina, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, İsveç, Serbiya, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 4 övladı var.