HƏSƏNOV Əli Şamil oğlu
1948-ci il aprelin 10-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft mexanikası fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Rus və ingilis dillərini bilir.
Bitərəfdir.
1996-cı il fevralın 4-də 41 №-li Dördüncü Sumqayıt seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Büdcə məsələləri komissiyasının üzvüdür.
Evlidir, 2 övladı var.