HƏSƏNQULİYEV Qüdrət Müzəffər oğlu

Dairə: 36 saylı Xətai dördüncü seçki dairəsi

1965-ci il yanvarın 29-da Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Rus və ingilis dillərini bilir.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
1983–1985-ci illərdə hərbi xidmət keçmiş, 1985–1987-ci illərdə Culfa rayonunda sovxozda işləmiş, 1987–1992-ci illərdə ali məktəbdə təhsil almışdır. 1992-ci ildə Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun müstəntiqi, 1993-cü ildə Azərbaycan Respublikası Dövlət katibinin köməkçisi işləmişdir. 1996-cı ildən Bakı Asiya Universitetinin baş müəllimi, 2000–2003-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində çalışmışdır.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavinidir. Azərbaycan-Malta parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belçika, Böyük Britaniya, Xorvatiya, İtaliya, Moldova, Peru, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avronest Parlament Assambleyasında və GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU