KƏRİMZADƏ Pərvin Orxan qızı
1976-cı il fevralın 3-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Tarix üzrə fəlsəfə doktoru, dosentdir. Əməkdar müəllimdir. 3 monoqrafiya, dərs vəsaiti və metodik vəsaitin, Azərbaycanda və xarici ölkələrdə dərc edilmiş 100-dək elmi məqalənin müəllifidir. İngilis və rus dillərini bilir.
1997–2009-cu illərdə Gəncə Dövlət Universitetində Ümumi tarix kafedrasının müəllimi, baş müəllimi, dosenti, 2009–2011-ci illərdə Tarix fakültəsi dekanının tədris işləri üzrə müavini vəzifələrində çalışmış, 2011–2013-cü illərdə Ümumi tarix kafedrasının müdiri olmuşdur. 2013-cü ildən həmin universitetin elm və innovasiyalar üzrə prorektorudur.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Gəncə şəhər təşkilatı sədrinin müavinidir.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür. Almaniya Federativ Respublikası, Belarus, Çexiya, Gürcüstan, Hindistan, İsveçrə, Qazaxıstan, Litva, Pakistan, Rusiya, Serbiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda və Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
Evlidir, 2 övladı var
Elm və təhsil komitəsi
Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Şəhriyar Məmmədov