CƏFƏROV Müşfiq Cəfər oğlu
1981-ci il iyulun 26-da Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar iqtisadiyyat fakültəsinin Aqrar istehsalatın iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavr pilləsini, İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə magistr pilləsini, eləcə də ABŞ-ın Minnesota Universitetinin Dövlət idarəçiliyi təhsil kursunu bitirmişdir. «Tərəqqi» medalı ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir.
2005–2009-cu illərdə Gəncə şəhərində «Gələcəyə Körpü» Gənclər İctimai Birliyinin sədri, 2009–2011-ci illərdə sədr müavini, 2012–2013-cü illərdə Oğuz rayonunda «AFRA» LTD MMC-nin icraçı direktoru olmuş, 2013– 2020-ci illərdə Gəncə şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Aqrar siyasət komitəsinin, Gənclər və idman komitəsinin üzvüdür. Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Hindistan, İtaliya, Koreya, Özbəkistan, Rumıniya, Serbiya, Tailand, Ukrayna, Lüksemburq parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 4 övladı var