MƏMMƏDLİ Müşfiq Fazil oğlu

Dairə: 44 saylı Sumqayıt-Xızı seçki dairəsi

1972-ci il avqustun 1-də Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini bitirmiş, Sankt-Peterburq Dövlət İqtisad Universitetinin Ali İqtisad Məktəbində MBA proqramı çərçivəsində Səhiyyə təşkilatlarının menecmenti ixtisasına yiyələnmişdir. Rus dilini bilir.
1996–1997-ci illərdə Sumqayıt Şəhər Uşaq Xəstəxanasında internatura keçmiş, 1997–2000-ci illərdə qəbul şöbəsinin həkimi vəzifəsində işləmişdir. 2000– 2003-cü illərdə Türkiyənin İstanbul şəhərində Bəylərbəyi Sağlıq Sarayının, daha sonra Bayramoğlu Bələdiyyə Xəstəxanasının həkim-pediatrı olmuşdur. 2004–2006-cı illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin tibb məntəqəsinin həkimi, daha sonra rəisi, 2006–2008-ci illərdə Sumqayıt şəhərində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim-pediatrı, 2008–2015-ci illərdə Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həkim-pediatrı, 2015–2016-cı illərdə pediatriya şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2016-cı ildən Sumqayıt Şəhər Uşaq Xəstəxanasının baş həkimidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Səhiyyə komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Finlandiya, İraq, Qazaxıstan, Monteneqro, Özbəkistan, Türkiyə, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU