YUSİFOV İltizam Balayusif oğlu

Dairə: 46 saylı Şirvan seçki dairəsi

1963-cü il dekabrın 1-də Şirvan şəhərində anadan olmuşdur. Moskva Energetika İnstitutunun Avtomatika və telemexanika fakültəsini bitirmişdir. Texnika üzrə fəlsəfə doktorudur. Əməkdar mühəndisdir. Rus və ingilis dillərini bilir.
1986–2001-ci illərdə «Neftqazavtomat» Elm-İstehsalat Birliyinin Şirvan şəhərindəki Avtomatika və telemexanika zavodunda mühəndis-sazlayıcı, mühəndis-proqramlaşdırıcı, sex rəisi, şöbə rəisi, baş metroloq, 2001– 2009-cu illərdə «Şirvan OYL» birgə müəssisəsində mühəndis, sahə rəisi, şöbə rəisi, bölgə direktoru, 2009–2020-ci illərdə «Şirvan Operating Company ltd.» MMC-də menecer, vitse-prezident vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Xorvatiya, İsveç, Meksika, Serbiya, Türkiyə, Vyetnam parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin, Avropa İttifaqı– Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU