HÜSEYNLİ Əli Məhəmməd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin 1-ci müavini
Dairə: 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi

2020-ci il martın 10-dan Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavinidir.
1968-ci il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. Rus və ingilis dillərini bilir.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
Parlament Üzvlərinin Korrupsiyaya qarşı Qlobal Təşkilatının milli koordinatorudur.
1988–1989-cu illərdə hərbi xidmət keçmiş, 1991-ci ildən Azərbaycan Respublikasının Ali Məhkəməsində iclas katibi, məsləhətçi, sədrin köməkçisi işləmişdir. 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında mütəxəssis vəzifəsində çalışmış, 1996–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin köməkçisi olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2003-cü il iyunun 20-dən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədridir. Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədridir.
Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU