SALAYEV Eldar Yunis oğlu
Dairə: 44 saylı Şəki kənd
1933-cü il dekabrın 31-də Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq İslam Akademiyasının (İordaniya), Beynəlxalq Şərq Neft Akademiyasının həqiqi üzvüdür. Fizikariyaziyyat elmləri doktoru, professordur. Azərbaycan Dövlət mükafatı laureatıdır.
"Şöhrət" ordeni ilə təltif edilmişdir. Rus dilini bilir.
Bitərəfdir.
1995-ci il noyabrın 12-də 44 №-li Şəki kənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri komissiyasının üzvüdür.
Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf