QURBANOV Sadiq Haqverdi oğlu
1972-ci il iyulun 12-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ələkli kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Mexanikariyaziyyat və Hüquq fakültələrini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Texnika üzrə fəlsəfə doktorudur. 2 kitabın həmmüəllifi, 10-dan çox elmi məqalənin müəllifidir. Rus dilini bilir.
1994–2000-ci illərdə Bakı Dövlət Universitetinin Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasında mühəndis, 2000–2006-cı illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında baş referent, 2006–2010-cu illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri vəzifələrində çalışmışdır. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi kafedrasının dosenti, 2010-cu ildən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavinidir.
Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvüdür.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədridir. Qazaxıstan, Macarıstan, Norveç, Pakistan, Serbiya, Şimali Makedoniya, Serbiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Evlidir, 3 övladı var.
Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyası
Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Elnur Rəhimov