QURBANOV Sadiq Haqverdi oğlu

Dairə: 54 saylı Şabran-Siyəzən seçki dairəsi

1972-ci il iyulun 12-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ələkli kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Mexanikariyaziyyat və Hüquq fakültələrini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Texnika üzrə fəlsəfə doktorudur. 2 kitabın həmmüəllifi, 10-dan çox elmi məqalənin müəllifidir. Rus dilini bilir.
1994–2000-ci illərdə Bakı Dövlət Universitetinin Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasında mühəndis, 2000–2006-cı illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında baş referent, 2006–2010-cu illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri vəzifələrində çalışmışdır. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi kafedrasının dosenti, 2010-cu ildən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavinidir.
Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvüdür.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədridir. Qazaxıstan, Macarıstan, Norveç, Pakistan, Serbiya, Şimali Makedoniya, Serbiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU