MİKAYILOVA Sevil Əlirazı qızı

Dairə: 56 saylı Xaçmaz kənd seçki dairəsi

1974-cü il iyunun 27-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Dillər Universitetinin İngilis dili fakültəsini bitirmişdir. Əməkdar jurnalistdir. İngilis və rus dillərini bilir.
1992–1996-cı illərdə Sumqayıt şəhəri Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində, 1996–1999-cu illərdə Bakı Elmi-Tədris Mərkəzinin İnformatika və İdarəetmə İnstitutunda ingilis dili müəllimi olmuşdur. 1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində redaktor, 1999– 2001-ci illərdə «Midiya Press» İnformasiya Agentliyində, 2001–2004-cü illərdə «525-ci qəzet»də tərcüməçi işləmişdir. 2004–2012-ci illərdə «Trend» İnformasiya Agentliyində tərcüməçi, Tərcümə mərkəzinin direktoru, Tərcümə departamentinin direktoru, 2012–2017-ci illərdə «Azernews» qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 2017-ci ildən «Trend» İnformasiya Agentliyi baş direktorunun müavinidir.
Bitərəfdir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Bolqarıstan, Çexiya, Fransa, İsveçrə, İtaliya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
1 övladı var.

Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU