ƏHMƏDOVA Jalə Fərhad qızı
1981-ci il aprelin 23-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirmişdir. «Wing Chun» Döyüş Sənəti Federasiyasının təsisçisi və birinci vitse-prezidenti olmuş, hal-hazırda Azərbaycan Autizm Assosiasiyasının vitse-prezidentidir. Rus və ingilis dillərini bilir.
2007-ci ildən «Alyans Hüquq Konsaltinq» MMC-də hüquq məsləhətçisi, 2008-ci ildən «Texnikabank» ASC-də mütəxəssis, baş mütəxəssis, şöbə müdirinin müavini işləmişdir. 2010–2014-cü illərdə Bakı Apellyasiya Məhkəməsində mütəxəssis-inspektor, aparıcı məsləhətçi, məhkəmə iclas katibi, sədrin köməkçisi-aparıcı məsləhətçi, 2014–2016-cı illərdə Azərbaycan Respublikasının Energetika Nazirliyində şöbə müdirinin müavini olmuşdur. 2016–2020-ci illərdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Kadrlar şöbəsində zabit, baş zabit-hüquqşünas vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Milli Məclisin İnsan hüquqları komitəsinin, Gənclər və idman komitəsinin üzvüdür. Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Albaniya, Almaniya Federativ Respublikası, Böyük Britaniya, Çexiya, Gürcüstan, İtaliya, Qırğızıstan, Rusiya, Serbiya, Türkiyə, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
2 övladı var.
Gənclər və idman komitəsi
Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Burundi parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Zöhrə Rəhimova