AĞAMALI Fəzail Rəhim oğlu

Dairə: 60 saylı Salyan-Neftçala seçki dairəsi

1947-ci il avqustun 26-da Ermənistan Respublikası Sisian rayonunun Qızıl Şəfəq (Şıxlar) kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktoru, professordur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. 4 monoqrafiya, 1 dərslik və 50-dən çox elmi məqalənin müəllifidir. Rus dilini bilir.
1971-ci ildən Naxçıvan şəhərində orta məktəb müəllimi, Naxçıvan Dövlət Universitetinin müəllimi, baş müəllimi işləmişdir. 1983-cü ildən Azərbaycan Texnologiya İnstitutunda kafedra müdiri, 1988-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda, 1991-ci ildən Azərbaycan Əmtəəşünaslıq İnstitutunda, 2000-ci ildən Azərbaycan İqtisad Universitetində dosent və professor vəzifələrində çalışmışdır. 1992-ci ildə Azərbaycan Respublikası sosial təminat nazirinin müavini, 1993– 1994-cü illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini və naziri əvəzi olmuşdur.
Ana Vətən Partiyasının sədridir.
Birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, İntizam komissiyası sədrinin müavinidir. Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bolqarıstan, İsrail, İsveç, Rusiya, Sloveniya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Ana Vətən Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU