BÜLBÜLOĞLU Polad

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 45 saylı Şuşa–Cəbrayıl –Xocavənd

1945-ci il fevralın 4-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirmişdir. Azərbaycanın xalq artistidir. Azərbaycan Dövlət İncəsənət Universitetinin fəxri professorudur. Rus dilini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 26-da 45 №-li Şuşa-Cəbrayıl-Xocavənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Mədəniyyət məsələləri komissiyasının üzvüdür. Evlidir, 2 övladı var

Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU