ƏLƏKBƏROV Əziz Yusif oğlu

Dairə: 62 saylı Saatlı seçki dairəsi

1960-cı il oktyabrın 5-də Ermənistan Respublikası Vedi rayonunun Qaralar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktoru, dosentdir. 45-dən çox kitabın və 100-dən artıq elmi məqalənin müəllifidir. Rus dilini bilir.
Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədridir.
1984–1987-ci illərdə Qax rayonunun Qum kənd orta məktəbinin müəllimi olmuşdur. 1988-ci ildən AMEA-nın Ədəbiyyat İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, bölmə müdiri, böyük elmi işçi, AMEA-nın Folklor İnstitutunda şöbə müdiri vəzifələrində çalışmışdır. 2004-cü ildən AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Mədəniyyət komitəsinin, Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. İran, Macarıstan, Özbəkistan, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU